Fransisk: "Ukraynadakı münaqişədə müxtəlif ölkələrin “imperiya maraqları" var"

      Fransisk:    "Ukraynadakı münaqişədə müxtəlif ölkələrin “imperiya maraqları" var"
  10 Mart 2023    Oxunub:749
"Ukraynadakı münaqişədə təkcə Rusiya deyil, müxtəlif dövlətlərin “imperiya maraqları” iştirak edir".
AzVision.az xəbər verir ki, bunu Roma Papası Fransisk “La Repubblica” qəzetinə müsahibəsində deyib.

Pontifik Rusiya prezidenti Vladimir Putinlə görüşə hazır olduğunu bildirib və onu “mədəni insan” adlandırıb.

“Yüz ildən bir az artıq müddətdə üç dünya müharibəsi baş verib: 1914-1918, 1939-1945, indiki də dünya müharibəsidir. Bu, hissə-hissə başladı, lakin bütün əsas ölkələr iştirak edir. Döyüş meydanı Ukraynadır. Orada hamı döyüşür”, Papa qeyd edib.

O qeyd edib ki, millətləri ikinci plana atmaq imperiya ruhundandır.

Roma Papası bildirib ki, Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatı başlayandan dərhal sonra o, şəxsən Müqəddəs Taxt-tacdakı Rusiya səfirliyinə gəlib: "Bildirdim ki, Rusiya Federasiyasının rəhbərliyi danışıqlar üçün şərait yaratsa, ora getməyə hazıram. Rusiyanın xarici işlər naziri Sergey Lavrov mənə minnətdarlıq hissi ilə yazaraq bildirdi ki, Rusiya prezidentinin indi vaxt olmadığını qeyd etdi", - Frensis xatırladıb.

AzVision.az


Teqlər:





Xəbər lenti