İrəvan KTMT baş katibinin müavini kvotasından imtina etdi

   İrəvan KTMT baş katibinin müavini kvotasından imtina etdi
  10 Mart 2023    Oxunub:970
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) baş katibinin müavininin kvotasından imtina etmək qərarına gəlib.
AzVision.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan məlumat yayıb.

O, jurnalistlərlə söhbətində qeyd edib ki, "Bəli, biz KTMT-yə müvafiq təklifi təqdim etmişik".

Maraqlıdır ki, XİN rəsmisi məlum qərarın təfərrüatlarını və səbəblərini açıqlamayıb.

Xatırladaq ki, yanvarın əvvəlində baş nazir Nikol Paşinyan KTMT-nin Çevik Hərəkat Kollektiv Qüvvələrinin “Sarsılmaz Qardaşlıq-2023” hərbi təlimlərinin Ermənistanda keçirilməsindən imtina etdimişdi.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti