“Sağ baldırın aşağı üçdə bir hissəsini dəlib keçən güllə yarası diaqnozu qoyulan 2002-ci il təvəllüdlü Fəqan Rəhimlinin əməliyyatı uğurla başa çatıb. Hazırda tibb müəssisəsinin Cərrahiyyə şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti orta ağırdır.
Sol baldırın aşağı üçdə bir hissəsini dəlib keçən güllə yarası diaqnozu qoyulan 1983-cü il təvəllüdlü Tamerlan Hüseynovun müalicəsi tibb müəssisəsinin Travmatologiya şöbəsində davam etdirilir. Vəziyyəti stabildir” - məlumatda qeyd olunur.
***
Paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə əlaqəli TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilən iki nəfərin müayinə və müalicəsi davam etdirilir.
TƏBİB-dən AzVision.az-a verilən məlumata görə, 1983-cü il təvəllüdlü Tamerlan Hüseynov sol baldırın aşağı üçdə bir hissəsini dəlib keçən güllə yarası diaqnozu ilə hazırda KTM-in Travmatologiya şöbəsinə köçürülüb, vəziyyəti stabildir.
Qeyd olunub ki, sağ baldırın aşağı üçdə bir hissəsini dəlib keçən güllə yarası diaqnozu qoyulan 2002-ci il təvəllüdlü Fəqan Rəhimlinin cərrahi əməliyyat edilməsi qərara alınıb, vəziyyəti orta ağır qiymətləndirilir.
***
Kliniki Tibbi Mərkəz Bakıda atışmada yaralananların vəziyyətini açıqlayıb.
Mərkəzdən AzVision.az -a bildirilib ki, yaralananların vəziyyəti stabildir: "Yaralananların hər ikisinin vəziyyəti orta-ağırdır, stabil qiymətləndirilir. Bütün zəruri tədbirlər görülür”.
![]() |
Bakıda silahlı insidentlə bağlı üç nəfər saxlanıldı |
AzVision.az