Özbəkistanda konstitusiya dəyişir: Referendum keçiriləcək

   Özbəkistanda konstitusiya dəyişir:    Referendum keçiriləcək
  10 Mart 2023    Oxunub:1066
Özbəkistan parlamentinin qanunvericilik palatası aprelin 30-na ölkənin yeni konstitusiyasına dair referendum təyin edib.
AzVision.az xəbər veirr ki, bunu Özbəkistan prezidentinin mətbuat katibi Şerzod Əsədov bildirib. Onun sözlərinə görə, Özbəkistanın konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı qanun layihəsi 200 mindən çox təklifin öyrənilməsindən sonra hazırlanıb.

Konstitusiya islahatının təşəbbüskarı olan Özbəkistan prezidenti Şavkat Mirziyoyev deputatlarla görüşündə ölkənin əsas qanununa dəyişiklik edilməsi ilə bağlı təkliflərə baxıldıqdan sonra məsləhətləşmələr aparıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti