ABŞ-ın fevralda büdcə kəsiri 262 milyard dolları ötüb

   ABŞ-ın fevralda büdcə kəsiri 262 milyard dolları ötüb
  11 Mart 2023    Oxunub:893
ABŞ-ın fevralda büdcə kəsiri 262,434 milyard dollar təşkil edib.
Bu barədə ABŞ Maliyyə Nazirliyinin hesabatında deyilir. Belə ki, ötən ay ölkədə dövlət xərcləri illik ifadədə 3,5% artaraq 524,548 milyard dollar, gəlirlər isə əksinə, 9,5% azalaraq 262,114 milyard dollar təşkil edib.

“DailyFX” portalının analitiklərinə görə, fevral ayı üçün ölkənin büdcə kəsiri 256 milyard dollar olmalı idi. Bir il əvvəl, fevralda ABŞ-da 216,590 milyard dollarlıq büdcə kəsiri qeydə alınıb.

Bundan əvvəl “Washington Post” qeyd edib ki, Bayden administrasiyası tərəfindən təklif olunan yeni büdcə ABŞ-ın milli təhlükəsizliyini və onun gələcəyə sərmayə yatırmaq qabiliyyətini pozur, çünki bu, ABŞ-ın dövlət borcunun daha da artmasını nəzərdə tutur.


AzVision.az


Teqlər:





Xəbər lenti