Rusiya bir neçə milyon ton dizelə alıcı tapa bilmir

   Rusiya bir neçə milyon ton dizelə alıcı tapa bilmir
  11 Mart 2023    Oxunub:1259
Rusiya dizel yanacağı Qərbin neft məhsullarına məhdudiyyətlər tətbiq etməsindən sonra alıcı tapmaqda çətinlik çəkir. İndi açıq dənizdə üzən Rusiya Federasiyasının dizel yanacağı daşıyan tankerlərinin maksimum sayı qeydə alınıb.
Bu barədə Bloomberg Kpler analitik şirkətinin məlumatlarına istinadən xəbər verib. Məqalədə gəmilərin Avropa, Afrika və Cənubi Amerika sahillərində olduğu göstərilir. Martın 5-nə ümumilikdə onların tərkibində 4,4 milyon ton dizel yanacağı olub.

Analitiklər bildiriblər ki, Avropanın tətbiq etdiyi embarqo və Rusiya neft məhsullarına qiymət tavanı tətbiq olunana qədər bu rəqəm 4 dəfə az idi. Şimali Afrika ölkələri sonradan Avropaya satmaq üçün Rusiyadan dizel yanacağını kütləvi şəkildə alır.


AzVision.az


Teqlər:





Xəbər lenti