Əfqanıstanda partlayış olub, 4 nəfər ölüb

   Əfqanıstanda partlayış olub,    4 nəfər ölüb
  11 Mart 2023    Oxunub:1265
Əfqanıstanın şimalındakı Bəlx vilayətində yerləşən Məzari-Şərif şəhərindəki mədəniyyət mərkəzində partlayış olub.
AzVision.az xəbər verir ki, bu barədə yerli mənbələrə istinadən “Hasht-e Subh” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, partlayış yerli vaxtla saat 11:00-da Məzari-Şərifdəki Tabian mədəniyyət mərkəzində baş verib. Partlayış nəticəsində ölənlərin, o cümlədən jurnalistlərin olduğu bildirilir. Qəzet partlayışa nəyin səbəb olduğunu açıqlamır.

“Əl-Cəzirə” telekanalının Əfqanıstan hökumətindəki radikal “Taliban” hərəkatındakı mənbəsinin verdiyi məlumata görə, azı 4 nəfər həlak olub, daha 16 nəfər yaralanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti