BMT: "Afrikada vəba epidemiyası narahatedici ölçüdədir"

  BMT:  "Afrikada vəba epidemiyası narahatedici ölçüdədir"
  11 Mart 2023    Oxunub:1287
Birləşmiş Millətlər Təşkilatı (BMT) vəba epidemiyasının 11 Afrika ölkəsində "narahatedici" ölçülərə çatdığını açıqlayıb.
AzVision.az xəbər verir ki, BMT-nin Uşaq Fondunun (UNICEF) regional direktorunun müavini Lieke van de Wiel Malavi və Mozambikin epidemiyadan ən çox təsirlənən ölkələr arasında olduğunu deyib. O bildirib ki, epidemiyanın bu qədər ölümcül olacağını və yayılacağını təxmin etməyiblər.

"Afrika ölkələri arasında Burundi, Kamerun, Konqo Demokratik Respublikası, Efiopiya, Cənubi Afrika Respublikası, Mozambik, Nigeriya, Keniya və Somali vəba epidemiyasından ən çox təsirlənən ölkələr sırasındadır".

“Vibrio” bakteriyasının törətdiyi, qida və su ilə yoluxan vəba orqanizmdə şiddətli ishal və susuzluğa səbəb olur. Xəstəlik müalicə olunmazsa ölümcül ola bilər.

Təmiz suya olan ehtiyacın ödənilə bilməməsiŞ təcili və effektiv tibbi müdaxilənin təmin edilməməsi xəstəlik və ölüm riskini artırır.

AzVision.az


Teqlər:





Xəbər lenti