Hansı ölkələr ölüm cəzası tətbiq edir? - Siyahı
![Hansı ölkələr ölüm cəzası tətbiq edir? - Siyahı Hansı ölkələr ölüm cəzası tətbiq edir? - Siyahı](https://azvision.az/photos/2023/03/1678532302.jpg)
"Amnesty International"ın 2021-ci il hesabatında bildirilib ki, həmin dövrdə 18 ölkədə 579 edam icra edilib. 2021-ci ilə qədər ölüm hökmündən ən çox istifadə edən 10 ölkə Çin, İran, Misir, Səudiyyə Ərəbistanı, Suriya, Somali, İraq, Yəmən, ABŞ və Cənubi Sudan olub.
Digər tərəfdən, dünyanın beş ölkəsi yalnız fövqəladə hallarda ölüm cəzası tətbiq edir. Bu ölkələrə Braziliya, Peru, Çili və Burkina Faso, həmçinin İsrail daxildir. Rusiya, Cənubi Koreya, Əlcəzair və Myanma da ölüm hökmünü dayandıran ölkələr sırasındadır.
Azərbaycanda ölüm cəzası 1998-ci il fevralın 10-da ləğv olunub.
Qeyd edək ki, bu yaxınlarda Belarus prezidenti Aleksandr Lukaşenko məmurlar və hərbçilər üçün dövlətə xəyanətə görə ölüm cəzası tətbiq edən qanunu imzalayıb.
AzVision.az
Teqlər: