Ahmedu Uld-Abdullah: "Yaxınlarımdan Azərbaycanda təhsil alanlar var"

      Ahmedu Uld-Abdullah:    "Yaxınlarımdan Azərbaycanda təhsil alanlar var"
  11 Mart 2023    Oxunub:1559
Qonaqpərvərliyə və yüksək səviyyəli tədbirə görə təşkilatçılara təşəkkür edirəm. Bakı çox təmiz və təhlükəsiz şəhərdir. Yaxınlarımdan Azərbaycanda təhsil alanlar var. Bura mənim çox xoşuma gəlir.
AzVision.az xəbər verir ki, bu fikirləri BMT-nin Baş katibinin Qərbi Afrika və Somali üzrə sabiq xüsusi nümayəndəsi Ahmedu Uld-Abdullah X Qlobal Bakı Forumu çərçivəsində martın 11-də “Afrikanın geostrateji əhəmiyyəti: perspektivlər və çağırışlar” mövzusunda keçirilən panel müzakirələrdə deyib.

Afrikanı bir vaxtlar ümidsiz qitə adlandırdıqlarını xatırladan natiq bildirib: “Hazırda Afrika ciddi çətinliklərlə qarşı-qarşıyadır. Biz əvvəllər sadəcə radio vasitəsilə məlumat alırdıq. Təbii ki, böyük bir ərazini kommunikasiya olmadan idarə etmək çətindir. Biz problemləri qabartmalıyıq ki, həlli yollarını da tapa bilək. Əslində, Afrika qitəsinin çox böyük potensialı var. Sadəcə, bu potensialdan düzgün istifadə edilməlidir”.

AzVision.az



Teqlər: Afrika  



Xəbər lenti