Ukraynaya ilk “Leopard” tankları mayda veriləcək

Ukraynaya  ilk “Leopard” tankları mayda veriləcək
  11 Mart 2023    Oxunub:1121
Danimarka, Almaniya və Niderland Ukrayna hökumətinə ilk “Leopard” tanklarını mayın əvvəlində verəcək.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Danimarka müdafiə naziri vəzifəsini müvəqqəti icra edən Troels Lund Poulsen bildirib.

“2023-cü il ərzində 80-dən 90-a qədər tank tədarük edə biləcəyik. Onlar davamlı olaraq çatdırılacaq, çünki tanklar Ukrayna əsgərləri ilə təlim fəaliyyətlərinə daxil edilməlidir. Buna görə də onların böyük partiyalarla mayın əvvəlindən ilin sonuna qədər çatdırılacağını düşünürük”, - siyasətçi deyib.

Qeyd edək ki, fevralda Almaniya hökuməti Ukraynaya 178 ədəd “Leopard 1 A5” tankının çatdırılacağını təsdiqləyib.

AzVision.az



Teqlər: Ukrayna   Leopard  





Xəbər lenti