NASA 2046-cı il fevralın 14-də Yerə asteroid düşə biləcəyini aşkar edib
![NASA 2046-cı il fevralın 14-də Yerə asteroid düşə biləcəyini aşkar edib NASA 2046-cı il fevralın 14-də Yerə asteroid düşə biləcəyini aşkar edib](https://azvision.az/photos/2023/03/nasa-1678549289.jpg)
Söhbət “2023 DW” adlı asteroiddən gedir. NASA mütəxəssislərinin fikrincə, onun 2046-cı ildə Yerlə toqquşması ehtimalı mövcuddur.
“Adətən, yeni obyektlər aşkar edildikdə, səhvləri aradan qaldırmaq və onların orbitini gələcək illər üçün düzgün proqnozlaşdırmaq bir neçə həftə çəkir”.
NASA-nın saytında təqdim olunan məlumatlardan belə çıxır ki, “2023 DW” 14 fevral 2046-cı ildə Yerə mümkün qədər yaxınlaşacaq.
Asteroidin diametri demək olar ki, 50 metrdir. “CNN”in verdiyi məlumata görə, asteroidin Yerlə toqquşma ehtimalı 625-də 1-də qiymətləndirilir.
AzVision.az