İranı yenidən kütləvi aksiyalar bürüyüb
![İranı yenidən kütləvi aksiyalar bürüyüb İranı yenidən kütləvi aksiyalar bürüyüb](https://azvision.az/photos/2023/03/1678687564576875594_1000x669-1678688107.jpg)
Bu gün İran hakimiyyəti ictimaiyyətdə tanınmış və nüfuza malik olan şəxsləri həbs edir ki, bu da insanlarda hakimiyyətə qarşı nifrət hissi oyadır. Tehran Universitetinin professoru sosioloq Məhəmməd Zəbəkalımın sosial şəbəkələrin birində status yazdığına görə həbs edilməsi tələbələrin kəskin etirazına səbəb oldu. Məhkəmə tələbə etirazından çəkinərək professoru azad etmək məcburiyyətində qaldı. Onun günahi isə, sadəcə olaraq, İranda islahatların keçirilməsinin zəruriliyini bildirməsi idi.
Bütün bunlardan başqa, İrana qarşı tətbiq olunan sanksiyaların genişləndirilməsi sosial vəziyyəti daha da gərginləşdirib. Qiymətlərin sürətlə artması və inflyasiyanın səviyyəsinin hər gün yüksəlməsi ailələrin, necə deyərlər, var-yoxdan çıxmasına səbəb olub. ABŞ dollarının kursunun artmasının qarşısını iqtisadi tədbirlərlə almaq əvəzinə, hakimiyyət insanların gözünə kül üfürərək bankdan kənarda dollar mübadiləsi ilə mübadiləsi ilə məşğul olub cüzi qazanc əldə edənləri tutur və görüntü yaratmaq xatirinə səs-küylü məhkəmə prosesləri keçirərək, xalqa dolların kursunu yüksəldən şəxslərə qarşı mübarizə apardığını göstərməyə çalışır. Məsələ heç də dollar alverçilərini tutmaqla həll olunmur. İqtisadi əsasları olan islahatlar keçirmək lazımdır. Lakin İran hakimiyyəti heç bir dəyişiklik etmək fikrində deyil. Neft gəlirlərinin insanların sosial vəziyyətinin deyil, mənasız geosiyasi planlara sərf olunması, yaxın Şərqin müxtəlif ölkələrinin daxili işlərinə qarışmaq üçün silahlı qruplaşmaları dəstəkləməsi maliyyə tələb edir. Milli gəlir xalqa deyil, siyasi ambisiyalara xərclənir ki, bu da haqlı etirazlara gətirib çıxarır.
Artıq yeddinci aydır davam edən aksiyalarda tələblər də dəyişib. İranda kütləvi aksiyaların nə ilə nəticələnəcəyini zaman göstərəcək. Görünən odur ki, İran bundan sonra çətin ki, özünə gəlib regionda hegemonluq etmək iddiasinı davam etdirə bilsin. İranda hakimiyyətin həyata keçirdiyi həbslər, edamlar və xarici dövlətləri ittiham etmək vəziyyəti nəinki düzəltməyəcək, əksinə, daha da mənfi istiqamətə yönəldəcək.
AzVision.az
Teqlər: