Sağ qalan kəşfiyyatçılar "Times"a gördükləri dəhşətlərdən danışdılar

  Sağ qalan kəşfiyyatçılar "Times"a gördükləri  dəhşətlərdən danışdılar
  13 Mart 2023    Oxunub:1642
Rusiya qoşunları Luqanskın Kremennaya bölgəsində gecə-gündüz irəliləyir. Buradakı Ukrayna bölmələri tükənib və ağır itkilər verir.
AzVision.az xəbər verir ki, bunu "The Times" qəzeti Ukrayna Silahlı Qüvvələrinin 131-ci kəşfiyyat batalyonundan bu döyüşlərdə iştirak edənlərə istinadən yazır.

Baxmut uğrunda döyüşlər şiddətlənir
Onların sözlərinə görə, Rusya Silahlı Qüvvələrinin bu sektorunda artilleriya və minaatanlardan aktiv şəkildə istifadə olunur. Ərazi hər gün bir neçə dəfə güclü atəşə tutulur və bundan sonra piyadalar döyüşə girirlər. Ukrayna bölmələrinin ağır itki verdiyi, əsgərlərin taqətdən düşdüyü qeyd edilir. Onlar Kremennaya yaxınlığındakı
meşədə olani mövqelərini “lənətlənmiş meşə” adlandırırlar.

Ukraynalılar etiraf edirlər ki, Rusiya ordusunda xeyli sayda tank var. Ona görə də bu istiqamətdə uğurlu əks-hücum etmək çətin ki, baş tuta.

Qeyd edək ki, bir müddət öncə rus qoşunlarının Luqanskın Kremensk istiqamətində aktiv hücum əməliyyatına başlaması barədə məlumat yayılmışdı. Rusiya qoşunlarının Ukrayna Silahlı Qüvvələrinin müdafiəsini yarmaq üçün kütləvi artilleriya atışları və tank zərbələrindən fəal istifadə etdiyi vurğulanır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya  





Xəbər lenti