Keçmiş kəşfiyyatçı: “ ABŞ Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhə açmaq istəyir”

      Keçmiş kəşfiyyatçı: “   ABŞ Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhə açmaq istəyir”
  13 Mart 2023    Oxunub:850
“ABŞ Gürcüstanda Rusiyaya qarşı “ikinci cəbhə” açmaq istəyir”.
Bunu təqaüddə olan ABŞ Dəniz Piyadaları Korpusunun kəşfiyyat zabiti Skot Ritter deyib. Onun sözlərinə görə, Vaşinqton Gürcüstanda “yumşaq çevriliş” etmək üçün ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə hər il 40 milyon dollar yardım göndərir.

O bildirib ki, Birləşmiş Ştatlar bu yolla Gürcüstan hökumətində “Rusiyaya qarşı” ikinci cəbhənin yaradılması da daxil olmaqla, Gürcüstanın məqsədlərinə deyil, Amerikaya uyğun gələn dəyişikliyə nail olmaq istəyir.

“Gürcüstan Ukraynanın daha kiçik bir versiyasıdır və ABŞ-ın qeyri-sabitlik qurşağında başqa bir vintidir”.


AzVision.az


Teqlər:





Xəbər lenti