Tərəflərdən biri etiraz etməsə, taxıl sazişi uzadılacaq

   Tərəflərdən biri etiraz etməsə, taxıl sazişi uzadılacaq
  14 Mart 2023    Oxunub:1130
Taxıl müqaviləsində xüsusi uzatma mexanizmləri nəzərdə tutulmayıb. İştirakçılardan hər hansı biri sazişə qarşı çıxmasa, o, martın 18-dən sonra da davam edəcək.
AzVision.az xəbər verir ki, bu barədə TASS-a saziş ətrafında aparılan danışıqların təfərrüatları ilə tanış olan mənbə bildirib.

Mənbə izah edib ki, bu halda sövdələşmə indiki formada, heç bir dəyişiklik və əlavə edilmədən fəaliyyətini davam etdirəcək. O, əlavə edib ki, bu baxımdan sövdələşmənin nə qədər uzadılmasının fərqi yoxdur - 60 və ya 120 gün. “Əgər sövdələşmənin müddəti 60 gün uzadılırsa, o, martın 18-dən sonra fəaliyyətini davam etdirəcək və 60 gündən sonra tərəflərdən biri onun ləğvi ilə bağlı məsələ qaldıra bilər”, - deyə mənbə bildirib.

Onun sözlərinə görə, hazırda sazişin tərəfləri dən heç biri ondan çıxdığını bəyan etməyib.

Qeyd edək ki, 2022-ci ilin iyul ayında İstanbulda qida və gübrələrin beynəlxalq bazara ixracı ilə bağlı sənədlər paketi imzalanıb. Sazişlərdən birində Ukraynanın nəzarətində olan Qara dəniz limanlarından taxıl ixracı mexanizmi təsdiqlənib. Sazişlərin digər hissəsi Rusiya ərzaq məhsulları üçün dünya bazarlarına çıxışla bağlıdır. Rusiya hakimiyyəti dəfələrlə qeyd edib ki, ikinci hissə faktiki olaraq həyata keçirilmir. Ötən ilin noyabrında taxıl müqaviləsi daha 120 gün uzadılıb və bu ilin martın 18-də başa çatır.

AzVision.az


Teqlər:





Xəbər lenti