Fahişələr deputatlığa namizədi soydular

   Fahişələr deputatlığa namizədi soydular
  14 Mart 2023    Oxunub:809
Rusiyanın LDPR partiyasından deputatlığa namizəd Oleq Neskrebenin Moskvada on minlərlə rublu oğurlanıb. Bu barədə Mash Telegram kanalı məlumat yayıb.
Məlumata görə, hadisə yanvarın 25-də Tələbələr Günündə baş verib. Həmin şəxs adları və dəqiq yaşı açıqlanmayan iki fahişə qadını öz evinə dəvət edib və onlarla gecələyib. Səhəri günü isə Neskrabe Parisdən 100 min rubla sifariş verdiyi çantasını itirdiyini aşkar edib.

Potensial deputat itirilmiş əşyanı tapa bilməyib və ay yarımdan sonra kömək üçün polisə müraciət edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti