"Bazar "titrəşimləri" ABŞ iqtisadiyyatında qaranlıq dönüşün baş verdiyini göstərir" -o qeyd edib.
![]() |
Pentaqonun keçmiş müşaviri: "Münaqişə Rusiya əvəzinə NATO-ya zərbə vurdu" |
Polkovnik onu da vurğulayıb ki, Rusiya Ukraynada hərbi əməliyyatlara Zelenskinin müttəfiqlərindən, Qərb blokundan daha yaxşı hazırlaşıb. Onun fikrincə, Moskvanın hərbi məhvetmə strategiyası parlaq şəkildə işlədi. Ruslar minimal canlı qüvvə və resurslar itkisi ilə Ukrayna qoşunlarının müqavimətini uğurla yatırtdı. Eyni zamanda, müxtəlif hesablamalara görə, Ukrayna münaqişədə 150 mindən 250 minə qədər əsgər itirib.
Bundan əlavə, Makqreqor yazıb ki, Rusiya Latın Amerikası, Afrika, Yaxın Şərq və Cənubi Asiyada məharətlə dəstək əldə edib. Anti-Rusiya sanksiyaları ABŞ və Avropanın iqtisadiyyatına ziyan vurdu. Sanksiyalar rublu beynəlxalq sistemdə ən güclü valyutalardan birinə çevirib.
Məqalədə o da qeyd olunub ki, ABŞ-ın Rusiyanı zəiflətməyə, təcrid etməyə, hətta məhv etməyə yönəlmiş hərbi strategiyası böyük uğursuzluğa düçar olub və bu, Vaşinqtonu həqiqətən təhlükəli yola yönəldir.
Tural Tağıyev
AzVision.az