Paşinyan: "Bakıdan sülh müqaviləsi ilə bağlı cavabı almışıq"

      Paşinyan: "Bakıdan sülh müqaviləsi ilə bağlı cavabı almışıq"
  14 Mart 2023    Oxunub:1590
"Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı təkliflərinə cavab alıb". AzVision.az
xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan çərşənbə axşamı keçirdiyi mətbuat konfransında deyib.
Baş nazirin qeyd etdiyi kimi, ictimai platformalarda, sosial şəbəkələrdə tez-tez deyilir ki, Ermənistan hökuməti hansısa sənədə imza atmağa hazırlaşır.

“Sizi əmin etmək istəyirəm ki, hansısa sənədin imzalanmasına 2-3 gün qalacaq bir vəziyyət yaranarsa... bu, pis xəbər deyil, yaxşı xəbər olacaq, çünki bu, sənədin imzalanmasında irəliləyişin qeydə alındığı anlamına gələcək. Və biz arzularımızın təcəssümü olmasa da, uzunmüddətli sülh, sabitlik və inkişafı təmin etməli olan nəticəyə nail olmuşuq”, - Paşinyan bildirib.

Onun sözlərinə görə, fevralın ortalarında Ermənistan Azərbaycana Bakı ilə sülh müqaviləsi layihəsi ilə bağlı müntəzəm təkliflər təqdim edib.

"2-3 gün əvvəl Azərbaycandan cavab aldıq. Hansısa irəliləyiş varmı? Qeyd edək ki, müəyyən irəliləyişlər görürük. Amma nə qədər irəliləsək, bir o qədər fundamental problemlər üzə çıxır", - Paşinyan bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti