Gürcüstan parlamentinin qarşısındakı Aİ bayrağı yandırılıb - FOTO

   Gürcüstan parlamentinin qarşısındakı Aİ bayrağı yandırılıb -    FOTO
  14 Mart 2023    Oxunub:1080
Gürcüstanın paytaxtı Tbilisi şəhərinin mərkəzindəki Rustaveli prospektində etirazçılar parlament binasından Avropa İttifaqının bayrağını götürüb, onu tapdalayıb, sonra isə yandırıblar.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, aksiyaya “Mühafizəkarlar Hərəkatı” və onların yaratdığı radikal “Alt-İnfo” təşkilatının üzvlərinin tərəfdarları toplaşıb. “Gürcüstanda yalnız bir bayraq asılmalıdır və bu, gürcü bayrağıdır, bu cındır deyil”, - aksiyanın təşkilatçıları bildiriblər.

Avropa İttifaqının bayrağı sökülərək yandırıldıqdan və onun yerinə Gürcüstan bayrağı asıldıqdan sonra din xadimi səhnəyə qalxıb və etirazçılar dua etməyə başlayıblar.

Aqressiv davranışlar göstərən qrup yaxınlıqda Ukrayna bayrağının asıldığı binaya daş atıblar. Nəticədə binada fəaliyyət göstərən Çavçavadze Mərkəzinin ofisinə ziyan dəyib.

AzVision.az



Teqlər:





Xəbər lenti