"Ermənistan Aİİ-dən çıxmaq fikrində deyil" - Paşinyan

   "Ermənistan Aİİ-dən çıxmaq fikrində deyil" -    Paşinyan
  14 Mart 2023    Oxunub:907
"Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmaq fikrində deyil". AzVision.az xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan mətbuat konfransında Ukrayna hadisələrindən Ermənistan üçün risklər və imkanlar barədə sualı cavablandırarkən deyib.
Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi Ermənistan üçün həm risklər, həm də imkanlar ehtiva edir, vəziyyət statik deyil. O bildirib ki, ötən il Ermənistanın Aİİ-nin digər ölkələri ilə ticarəti nəhəng həcmə çatıb. Bu, Ermənistan iqtisadiyyatı üçün mütləq fürsətdir.
Amma digər tərəfdən, Ermənistanın anti-Rusiya sanksiyalarından yan keçməyə cəhd edib-etməməsi ilə bağlı Qərbdən narahatlıq var. Paşinyan hesab edir ki, bu, təhlükədir.

"Aydındır ki, Aİİ Ermənistan üçün dinamik iqtisadi artım üçün bir fürsətdir. Amma eyni dərəcədə göz qabağındadır ki, Ermənistan sanksiyalara məruz qalsa, bu imkanlar iflasa uğrayacaq", - Paşinyan bildirib.

Bu mənada o əlavə edib ki, Ermənistan heç bir təşkilatı tərk etmək fikrində deyil və İrəvan mövcud amplituda çərçivəsində hərəkət etməyi bacarmalıdır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti