"Kiməsə güvənirsən, o da yalan danışır" - Prezident + VİDEO

   "Kiməsə güvənirsən, o da yalan danışır" -    Prezident + VİDEO
  14 Mart 2023    Oxunub:827
Özbəkistan prezidenti Şavkat Mirziyoyev Surxandərya vilayətinin Baysun və Denau şəhərləri arasında yolun keyfiyyətini yoxlamaq qərarına gəlib və onun keyfiyyətindən məyus olub.
Müvafiq videonu respublika başçısının mətbuat xidməti öz Telegram kanalında dərc edib.

Vətəndaşların əvvəllər şikayət etdiyi yolda maşın sürərkən prezident “hərəkət etməyin mümkün olmadığını” deyib.

“Kiməsə güvənirsən, ancaq o, yalan danışır. Deyəcəklər ki, hər şey yaxşıdır, gizlədəcəklər. Bax, biz özümüz görürük ki, bu yolla hərəkət etmək mümkün deyil. Keyfiyyət yoxdur”, - Mirziyoyev bildirib. Dövlət başçısı “müasir, keyfiyyətli və hamar yol” layihəsinin hazırlanmasını da tapşırıb.

2021-ci ildə Qırğızıstanın İssık-Kul vilayətinin sakinləri respublikanın Nazirlər Kabinetinin sədri Ulukbek Maripovun bölgəyə işgüzar səfərə gələn kortejini saxlayıblar.

Onlar hökumət başçısına kənd yerlərində yol örtüyü ilə bağlı vəziyyəti daha yaxşı başa düşmək üçün başqa maşın götürüb sürməyi təklif ediblər.





Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti