Litva məşhur “Vaqner” şirkətini terror təşkilatı kimi tanıdı

Litva məşhur “Vaqner” şirkətini terror təşkilatı kimi tanıdı
  14 Mart 2023    Oxunub:836
Litva Seymi (parlamenti) “Vaqner” özəl hərbi şirkətini terror təşkilatı kimi tanıyan qətnaməni yekdilliklə qəbul edib.
117 litvalı deputat - iclasda iştirak edən bütün parlamentarilər sənədin qəbulunun lehinə səs veriblər.

Xatırladaq ki, 2023-cü il yanvarın sonunda ABŞ Maliyyə Nazirliyi “Vaqner”I transmilli cinayət təşkilatı kimi tanıyıb. Vaşinqtonda bu şirkət təkcə Ukrayna müharibəsində iştirakda deyil, həm də dünyanın digər ölkələrində hərbi əməliyyatlar keçirməkdə ittiham olunub.

AzVision.az



Teqlər:



Xəbər lenti