Ermənistanda hərbi hissəni istirahət zonasına çevirdilər: Cinayət işi açıldı
![Ermənistanda hərbi hissəni istirahət zonasına çevirdilər: Cinayət işi açıldı Ermənistanda hərbi hissəni istirahət zonasına çevirdilər: Cinayət işi açıldı](https://azvision.az/photos/2023/03/Screenshot_4-1678865143.jpg)
Əməliyyatın leqallaşdırılması üçün əsasnamədə daşınmaz əmlakın statusunda dəyişikliklər edilib. Prosesdə Müdafiə Nazirliyinin keçmiş Baş Qərargah rəisi, Berdkunk icmasının keçmiş rəhbəri və digər rəsmi şəxslər iştirak edir.
Kadastr sənədlərində əməliyyatı həyata keçirmək üçün "hərbi təyinatlı" işarəsi "xüsusi təyinatlı" olaraq dəyişdirildi. Lakin “xüsusi təyinat” növbəti özəlləşdirmənin qarşısını alıb.
Bu məqsədlə 2013-cü ildə Berdkunk icmasının Ağsaqqallar Şurasının qərarı ilə torpaq sahəsinin statusu yenidən dəyişdirilib. Yerli hökumət hərbi hissənin binasını istirahət zonasına çevirib. 2022-ci ilin dekabrında torpaq sahəsi və tikililər nəhayət ki, G.V-nin mülkiyyətinə keçib.
Ötən ilin sonunda o, torpaq sahəsini Kipr vətəndaşına 158 milyon drama (405 min dollar) satıb.
Faktla bağlı cinayət işi başlanılıb, Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə verilib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: