Qorbaçovun sürücüsü məşhur fırıldaqçı olub

 Qorbaçovun sürücüsü  məşhur fırıldaqçı olub
  15 Mart 2023    Oxunub:2078
1970-ci illərin sonlarında Stavropol diyarının bütün polisləri yüksək keyfiyyətli saxta əskinasları bütün bölgədə yayılan saxtakarın axtarışına başlamışdı. Lakin onlar ümid etməzdi ki, axtardıqları cinayətkar yüksək vəzifəli şəxsin sürücüsü olar.
Polislər cinayətkarı sırf təsadüf nəticəsində saxlayır. Belə ki, o, tam təzə saxta iyirmi beş rublla dolu portfelini bazara qoyub. Pulları tapan satıcı isə varlanmaq istəyib və onları yerli əmanət kassasına aparıb.

Arqumenti.ru yazır ki, hüquq-mühafizə orqanlarının əməkdaşları ticarətçinin təsvirinə görə həbs edilən Viktor Baranovun Sov.İKP Stavropol Vilayət Komitəsinin birinci katibi Mixail Qorbaçovun sürücüsü olduğunu biləndə çox təəccübləniblər.

Məlum olub ki, Qobaçovun sürücüsü uşaqlıqdan çoxyönlü istedadlara malik olub, çap və elektrokaplama ilə maraqlanıb. O, biliklərini praktikada tətbiq etmək qərarına gəlib, bunun üçün bir anbarda pul çap etmək üçün maşın yığıb. Baranov hazırladığı kağız pul, üzərindəki nişan və qoruyucu əslindən heç də fərqlənmirdi. O, isə bunundan qürurlanırdı.

"Qoznak" mütəxəssisləri cinayətkar ilə əməkdaşlıq edərək, incəliklərini öyrəniblər. Buna görə də sürücü güllələnərək öldürülmək cəzasından azad edilərək 12 illik islah düşərgəsinə göndərilib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti