Almaniya İsraildən raket əleyhinə sistemlər almağı planlaşdırır

   Almaniya İsraildən raket əleyhinə sistemlər almağı planlaşdırır
  15 Mart 2023    Oxunub:729
Almaniya İsraildən “Arrow 3” raket əleyhinə müdafiə (ABM) sistemləri almağı planlaşdırır.
AzVision.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” yazır.

Qeyd olunur ki, iki həftə ərzində Almaniya Müdafiə Nazirliyi müvafiq texnikanın alınması ilə bağlı niyyət məktubu imzalayacaq. Ölkələrin müdafiə nazirlikləri sazişin yekun təsdiqindən əvvəl onun konkret detallarını müzakirə edə biləcəklər.

Qeyd edək ki, Almaniya hazırda yalnız bir çox təhlükəsizlik təhdidlərinə uyğunlaşa bilməyən Amerika "Patriot" raket müdafiə sisteminə malikdir.

AzVision.az


Teqlər:





Xəbər lenti