“Biz Dağlıq Qarabağı tanımırıq” – Olaf Şolts (VİDEO)

   “Biz Dağlıq Qarabağı tanımırıq” –    Olaf Şolts (VİDEO)
  15 Mart 2023    Oxunub:1038
Martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər. Sonra mətbuat nümayəndələrinin sualları cavablandırılıb.
“Real” televiziyasından Kamran Qasımov Olaf Şoltsa belə bir sual ünvanlayıb: “Martın 2-də Ermənistanın baş naziri ilə keçirilən mətbuat konfransında bildirdiniz ki, münaqişə Azərbaycanın və Ermənistanın ərazi bütövlüyü, eləcə də Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə hüququ əsasında həll oluna bilər və bu prinsiplər hamı üçün eynidir. Sualım belədir: Həmin prinsiplər Cənubi Osetiya, Abxaziya, Donbas, Dnestryanı kimi ərazilərə də şamil olunurmu?”


Kansler Olaf Şolts sualı belə cavablandırıb:
- Çox asan cavab verə bilərəm. Biz aktual bir münaqişəni götürək. Tutalım, Rusiyanın Ukraynanın bir hissəsini zəbt etməsinə biz heç vaxt yol vermərik. Biz bununla razı deyilik. Yalançı referendumların nəticəsi kimi Zaporojyeni, Luqanskı, Xersonu və digər hissələri zəbt etmək mümkün olmayacaq. Biz bununla razı deyilik. Öz mövqeyimizi aydın şəkildə bildirdik ki, BMT-nin Nizamnaməsi buna yol vermir, bu hərəkət beynəlxalq hüquqa ziddir. Eyni zamanda, aydın şəkildə bildirdik ki, biz, həmçinin Dağlıq Qarabağı da “respublika2 kimi qəbul etmədik, tanımadıq.



Teqlər: Almaniya  





Xəbər lenti