İrəvanın MTX rəhbəri "5-ci kolon" sualından yayındı

İrəvanın MTX rəhbəri "5-ci kolon" sualından yayındı
  15 Mart 2023    Oxunub:1170
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) rəhbəri Armen Abazyan jurnalistlərin suallarına cavab verməkdən imtina edib.
AzVision.az xəbər verir ki, o, Milli Assambleyada olarkən media nümayəndələri baş nazir Nikol Paşinyanın qalmaqallı açıqlamasına dair sullarından yayınıb. MTX rəhbərinə "Paşinyan orduda “beşinci kolon” ​​olduğunu deyəndə kimləri nəzərdə tutur?" sualı ünvanlanıb.

O isə orduda və MTX-da 5-ci kolonu təmsil edənlərin olmadığını təsdiqləməyib.

“Mən sizi ayrıca dəvət edirəm və gələrsiz və suallarınıza cavab verəcəm”, - MTX rəhbəri qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti