Putin:"Müharibə iştirakçıları pul və müavinətlərlə təmin edilməlidirlər"

 Putin:"Müharibə iştirakçıları pul və müavinətlərlə təmin edilməlidirlər"
  15 Mart 2023    Oxunub:1255
"Prokurorluq əməkdaşları hərbi qulluqçuların, Ukraynadakı müharibədə iştirak edən və veteran olanların, habelə onların ailə üzvlərinin hüquqlarının müdafiəsinə xüsusi diqqət yetirməlidirlər".
AzVision.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

"Bu il bu istiqamətdə olan işləri gücləndirmək, onun məzmunlu və məqsədyönlü olması üçün hər şeyi etmək lazımdır”, - Rusiya dövlət başçısı vurğulayıb.

Putin prokurorları hər bir konkret işə baxmağa və daxil olan bütün şikayətlərə dərhal cavab verməyə çağırıb.

"Xüsusi hərbi əməliyyatların bütün iştirakçıları pul və digər növ müavinətlərlə təmin edilməlidirlər", - prezident vurğulayıb.

O fikirlərinə onu da əlavə edib ki, adıçəkilən həssas qrupdan olanların hamısı təcili tibbi, reabilitasiya və sosial yardımla, işlə təmin olunmalı, həlak olanların ailələrinə isə bütün lazımi dəstək göstərilməlidir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Putin  





Xəbər lenti