Tandoğan səmtindəki Yavuzlar yaşayış kompleksində isə 5 nəfərin meyiti tapılıb. Onların Suriya vətəndaşları olduğu bildirilib.
Bununla da şəhərdə baş verən sel fəlakətində həyatını itirənlərin sayı 9-a yüksəlib.
Şanlıurfa valisi dərəyə və kanal yatağına yaxın evlərdə yaşayan vətəndaşları davam edən leysan səbəbiylə evlərini boşaltmaları barədə xəbərdarlıq edərək, lazım olmadıqca evlərini və təhlükəsiz əraziləri tərk etməməyin vacib olduğunu bildirib.
Şahanə Rəhimli
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


