Mədəndə silsilə partlayışlar olub, 11 nəfər ölüb

   Mədəndə  silsilə partlayışlar olub, 11 nəfər ölüb
  15 Mart 2023    Oxunub:719
Kolumbiyanın mərkəzində yerləşən Sutatausa bələdiyyəsində daş kömür şaxtalarında baş verən silsilə partlayışlar nəticəsində azı 11 nəfər ölüb.
Bu barədə yerli “El Tiempo” qəzeti martın 15-də məlumat yayıb.

Məlumata görə, partlayışlar zamanı mədənlərdə 30-dan şaxtaçı olub. Bildirilib ki, şaxtanın tunellərində 17 nəfər köməksiz vəziyyətdə qalıb. Hadisə yerində xilasedicilər fəaliyyət göstərir.

Əvvəlcə Sutatausadakı daş kömür şaxtalarından birində partlayış olub. Bunun ardınca qonşu dörd şaxtada silsilə partlayışlar baş verib.


Teqlər:





Xəbər lenti