Zelenski bir neçə vilayət administrasiyası rəhbərini vəzifədən azad edib

Zelenski bir neçə vilayət administrasiyası rəhbərini vəzifədən azad edib
  15 Mart 2023    Oxunub:754
Ukrayna Prezidenti Volodimir Zelenski bir neçə vilayət administrasiyası rəhbərini vəzifəsindən azad edib.
AzVision.az “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, müvafiq sənədlər dövlət başçısının saytında dərc olunub.

Belə ki, sərəncamlara əsasən, Sergey Qayday Luqansk Vilayət Hərbi Administrasiyasının (VHA), Maksim Marçenko Odessa VHA-nın, Sergey Qamaliy isə Xmelnitski VHA-nın rəhbəri vəzifəsindən azad edilib.

Sənədlərin hər birində qeyd olunur ki, VHA rəhbərləri özləri vəzifədən azad olunmaq barədə ərizə təqdim edib.

AzVision.az



Teqlər:





Xəbər lenti