Cənubi Koreya rezidenti KXDR-a xəbərdarlıq etdi
![Cənubi Koreya rezidenti KXDR-a xəbərdarlıq etdi Cənubi Koreya rezidenti KXDR-a xəbərdarlıq etdi](https://azvision.az/photos/2023/03/167893520781229756_1200x630-1678943720.jpg)
Koreya Respublikasının Prezidenti Yun Sok Yol KXDR tərəfindən ballistik raket buraxılışından sonra keçirilən Milli Təhlükəsizlik Şurasının iclasında bildirib ki, raket təxribatı bu ölkə üçün pis nəticələrə səbəb olacaq.
Milli Təhlükəsizlik Şurasının üzvləri ballistik raketin buraxılmasını pisləyib, bunu BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması kimi dəyərləndirib, KXDR hakimiyyətini iqtisadi və ərzaq problemlərini həll etməyə çalışmaq əvəzinə, nüvə raket proqramını davam etdirməyə görə tənqid ediblər.
AzVision.az
Teqlər: