"Rusiyanın Suriyadakı hərbi mövcudluğu müvəqqəti olmamalıdır" - Əsəd

"Rusiyanın Suriyadakı hərbi mövcudluğu müvəqqəti olmamalıdır"    - Əsəd
  16 Mart 2023    Oxunub:863
Suriya prezidenti Bəşər Əsəd Rusiyanın ölkəsindəki hərbi bazalarından danışıb.
Rusiya mediasına müsahibə verən Əsədin fikrincə, Rusiya ordusunun Suriyada mövcudluğu müvəqqəti olmamalı və yalnız terrorla mübarizədə məhdudlaşmalıdır.

"Siyasi aspektə gəlincə, hərbi bazalar məsələsi terrorizmlə mübarizə məsələsi ilə əlaqələndirilməməlidir. Terrorla mübarizə bu günün mövzusudur, bu, müvəqqətidir. Rusiyanın heç bir ölkədə hərbi mövcudluğu müvəqqəti nəyəsə əsaslanmamalıdır. Söhbət beynəlxalq tarazlıqdan gedir və Rusiyanın Suriyadakı mövcudluğu Aralıq dənizində yerləşən bir ölkə kimi dünyada güc balansı baxımından önəmlidir”, - Suriya rəhbəri qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti