Paşinyan- "Tezliklə sülhə dair cavabımızı Bakıya təqdim edəcəyik"

    Paşinyan-   "Tezliklə sülhə dair cavabımızı Bakıya təqdim edəcəyik"
  16 Mart 2023    Oxunub:1096
İrəvan tezliklə Bakının sülh müqaviləsinə dair növbəti təklifləri ilə bağlı öz rəylərini təqdim edəcək. AzVision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında deyib.
O xatırladıb ki, Ermənistan bu yaxınlarda Azərbaycandan sülh müqaviləsi ilə bağlı yeni təkliflər alıb və bununla da müzakirələrin 4-cü mərhələsinə keçib.

"Yaxın vaxtlarda bunu müzakirə edib müşahidələrimizi təqdim edəcəyik. Biz sülh gündəminə sadiqik və ondan kənara çıxmayacağıq", - Paşinyan bildirib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Sülh  





Xəbər lenti