200-dən çox erməni Suriyadan Ermənistana köçür

200-dən çox erməni Suriyadan Ermənistana köçür
  16 Mart 2023    Oxunub:776
Suriyada yaşayan 200-dən çox etnik erməni Ermənistana köçmək istəyir. AzVision.az xəbər verir ki, bunu Sputnik Ermənistan-a diasporla iş üzrə baş komissar Zare Sinanyan deyib.
Onun sözlərinə görə, hazırda Ermənistan hökuməti onlara ölkədə yardım və yaşayış yerinin verilməsi məsələsi üzərində işləyir. Eyni zamanda, Sinanyan İrəvanla Dəməşq arasında isti dostluq münasibətlərini nəzərə alaraq ermənilərin Suriyadan geri qaytarılması məsələsinin xeyli həssas məsələ olduğunu vurğulayıb.

O, Ermənistanın Suriyadakı zəlzələdən sonra humanitar yardım göndərdiyini xatırladıb.
Bu mənada “Hayastan” ümumerməni fondu diaspor strukturlarına 140 min dollar yardım da edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti