Ərdoğan: "Türk dövlətləri Avropanın enerji təhlükəsizliyində əsas oyunçuya çevrilib"

      Ərdoğan:    "Türk dövlətləri Avropanın enerji təhlükəsizliyində əsas oyunçuya çevrilib"
  16 Mart 2023    Oxunub:794
Dayanıqlı enerji təchizatı və enerji qiymətlərinin münasib səviyyələrə çatdırılması iqtisadiyyatlarımız üçün böyük əhəmiyyət kəsb edir.
AzVision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxışında deyib.

"Biz bu günə qədər Xəzər hövzəsində türk dünyası ölkələri ilə neft, təbii qaz, elektrik enerjisi sahələrində hərtərəfli layihələri uğurla həyata keçirmişik. Bakı-Tbilisi-Ceyhan kəməri 16 ildir ki, Azərbaycan, Türkmənistan və Qazaxıstan neftini fasiləsiz olaraq dünya bazarlarına çıxarır.

Onurğa sütunu TANAP olan cənub qaz dəhlizi sayəsində türk dövlətləri Avropanın enerji təhlükəsizliyində əsas oyunçuya çevrilib. Türk Dövlətləri Təşkilatı olaraq enerji təhlükəsizliyinin təmin edilməsində, regional nəqliyyat və təchizat zəncirlərinin inkişafında strateji rol oynayacağımıza inanıram. Şərqlə Qərb arasında ticarətdə birgə səylərimizlə reallaşdırdığımız orta dəhliz indi etibarlı alternativ təklif edir. Qarşıdakı dövrdə belə strateji layihələrin sayı daha da artacaq", deyə Ərdoğan vurğulayıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti