"Putin və Zelenski ilə daim təmasdayam" - Ərdoğan

   "Putin və Zelenski ilə daim təmasdayam" -    Ərdoğan
  16 Mart 2023    Oxunub:774
"Ukraynadakı müharibəni ən qısa zamanda ədalətli və davamlı sülhlə bitirmək üçün diplomatik təşəbbüslərimiz əvvəldən davam edir".
AzVision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxışında deyib.

"Mən Rusiya prezidenti cənab Putin və Ukrayna prezidenti cənab Zelenski ilə müntəzəm əlaqə saxlayıram. Vasitəçilik etdiyimiz Qara dəniz Taxıl Müqaviləsi və geniş məhbus mübadiləsi göstərdi ki, tərəflər ümumi əsasda görüşə bilərlər. Biz sona qədər tərəfləri yenidən danışıqlar masasına oturtmaq üçün səylərimizi davam etdirəcəyik".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti