Daha bir ölkədə "TikTok" qadağan edildi

   Daha bir ölkədə "TikTok" qadağan edildi
  16 Mart 2023    Oxunub:874
ABŞ-dan sonra Böyük Britaniya da "TikTok" ictimai cihazlarda istifadəsini qadağan edilib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, bu qadağa dövlət işçilərinin şəxsi cihazlarına aid deyil. Nazir Oliver Dowden "TikTok"un hökumət cihazlarında istifadəsini qadağan edildiyini qeyd edib.

Qeyd edək ki, bundan əvvəl ABŞ dövlət qurumlarına məxsus cihazlarda "TikTok"un istifadəsini qadağan etmişdi. ABŞ senatorları proqramın Çinə məlumat göndərə biləcəyindən və məlumatların Çin dövlətinin əlinə keçə biləcəyindən narahatlıqlarını ifadə ediblər.

ABŞ sosial şəbəkənin onlara məxsus hissəsinin özlərinə satılmasını istəyir. Çünki nəzarət hələ də "ByteDance"dədir.

"TikTok"un baş direktoru Shou Zi Chew gələn həftə ABŞ rəsmiləri ilə görüşmək üçün ABŞ-a gedəcək. Zi Chew "TikTok"un ABŞ şirkətinə satışının təhlükəsizlik problemlərini həll etməyəcəyini vurğulayıb.

AzVision.az


Teqlər:



Xəbər lenti