Mirzoyan Moskvada Lavrovla görüşəcək
Zaxarova vurğulayıb ki, görüş zamanı Lavrov və Mirzoyan “ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi, ümumi inteqrasiya birliklərində - MDB, Aİİ, KTMT-də qarşılıqlı fəaliyyəti gücləndirmək üçün atılan addımları” müzakirə edəcəklər.
“Müzakirədə regional məsələlər, o cümlədən Laçın dəhlizi ətrafında vəziyyətin nizamlanması Ermənistan və Azərbaycan arasında üçtərəfli sazişlərin icrası müzakirə olunacaq. Biz gözləyirik ki, qarşıdan gələn görüş Yerevanla dialoqun keyfiyyətinin yüksəldilməsinə, eləcə də Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi istiqamətində işlərə kömək edəcək”, - Rusiya XİN-in rəsmi nümayəndəsi vurğulayıb.
Bundan əvvəl Lavrov Mirzoyanla martın 3-də Yeni Dehlidə G20 sammiti çərçivəsində görüş keçirib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


