Varşava yaxın günlərdə Kiyevə qırıcıları təhvil verəcək

  Varşava yaxın günlərdə Kiyevə qırıcıları təhvil verəcək
  16 Mart 2023    Oxunub:907
Yaxın günlərdə Varşava Kiyevə ilk dörd MiQ-29 hərbi təyyarəsini təhvil verəcək.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki,bu barədə Polşa prezidenti Anjey Duda Çexiyanın lideri Petr Pavellə görüşdən sonra deyib. O qeyd edib ki, Polşanın Ukrayna Silahlı Qüvvələrinə təhvil verəcəyinə söz verdiyi qalan qırıcılar xidməti yoxlamadan keçir. Onun sözlərinə görə, Kiyev bu avadanlığı tezliklə alacaq.

Dövlət başçısı xatırladıb ki, qırıcıları Almaniya Varşavaya verib. Prezident əlavə edib ki, MiQ-29 hərbi təyyarələri hələ də hava hücumundan müdafiə sisteminin bir hissəsidir. Lakin o, xəbərdarlıq edib ki, bir neçə ildən sonra ordu onlardan istifadəni dayandıracaq.





Teqlər:



Xəbər lenti