Parisdə etirazçılara güc tətbiq edilib: 217 nəfər saxlanılıb - VİDEO

Parisdə etirazçılara güc tətbiq edilib: 217 nəfər  saxlanılıb    - VİDEO
  17 Mart 2023    Oxunub:939
Paris polisi pensiya islahatına qarşı etiraz aksiyasına çıxan 217 iğtişaşçını saxlayıb. AzVision.az xəbər verir ki, bu barədə RT məlumat yayıb.
Qeyd olunur ki, saxlanılan şəxslər soyğunçuluq və yanğın törətməkdə ittiham olunurlar.

Xatırladaq ki, dünən Parisin mərkəzinə toplaşan 6 min etirazçı hakimiyyətə qarşı şüarlar səsləndirib. Fransa mediasının yazmasına görə bəzi etirazçılar atəş açmağa başlayıb. Bununla bağlı sosial şəbəkələrdə video yayılıb. Görüntülərdə Fransa paytaxtının küçələrində yanğınların necə təşkil olunması, avtomobillərin sıradan çıxarılması əks olunub.


Təhlükəsizlik qüvvələri nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qaz, səs bombaları və su şırnaqlarından istifadə edib. Polis zor tətbiq etməklə kütlənin əsas hissəsini şəhər mərkəzindən uzaqlaşdırmağı bacarıb.

Qeyd edək ki, martın 23-də fransızlar pensiya yaşının artırılmasına etiraz olaraq yeni genişmiqyaslı aksiya hazırlayırlar.

Tural Tağıyev
AzVision.az


Teqlər: Paris   İğtişaş  



Xəbər lenti