Tramp: "Qlobal müharibə riski artıb"

      Tramp:    "Qlobal müharibə riski artıb"
  17 Mart 2023    Oxunub:1105
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukrayna münaqişəsi ilə bağlı diqqət çəkən fikirlər səsləndirib.
AzVision.az xəbər verir ki, o özünün "Truth Social" sosial şəbəkəsində yazaraq tərəfləri hərbi əməliyyatları tez bir zamanda dayandırmağa çağırıb. Əks halda bu, qlobal müharibənin başlaması təhlükəsi yaradacaq.

"Ukraynadakı bu proksi-münaqişəsi hər gün davam edir. Bizin qlobal müharibəyə başlamaq riskimiz var. Məqsədimiz hərbi əməliyyatları dərhal tam dayandırmaqdır. Bu, əsas problemdir. Bizə gecikmədən sülh lazımdır", - Tramp yazıb.

Tural Tağıyev
AzVision.az


Teqlər: Ukrayna  



Xəbər lenti