Qasparyanın keçmiş mühafizə rəisinə cinayət işi açıldı

 Qasparyanın keçmiş mühafizə rəisinə cinayət işi açıldı
  17 Mart 2023    Oxunub:1133
Ermənistan Polisi rəhbərinin keçmiş mühafizə rəisi Arşak Akopyana qarşı yeni cinayət işi başlanıb. AzVision.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Akopyan xüsusilə külli miqdarda qeyri-qanuni vəsaitlərin, çirkli pulların yuyulmasında, gəlirlərini və əmlakını gizlətməkdə ittiham olunur.

Yeni cinayət işinin başlanması barədə qərarın martın 15-də verildiyi vurğulanır. Baş Prokurorluq qeyd edib ki, Akopyan 1994-2018-ci illərdə dövlət qulluğunda olarkən sahibkarlıq fəaliyyətində iştirak edib və korrupsiya ilə məşğul olub. O cümlədən, 2008-2010-cu illərdə “Urbanism-petrol” MMC-nin səhmlərinin 100 faizini alıb.

Xatırladaq ki, Akopyan 2021-ci il noyabrın 29-da saxlanılıb. Ona qarşı çirkli pulların yuyulması, əmlak və gəlirlərin gizlədilməsi ittihamı irəli sürülüb. İşin materiallarına görə, 2017-2018-ci illərdə polis strukturunda yüksək vəzifə tutan Akopyan bəyannamədə 22 milyon dram (44 min dollar-red.) dəyərində əmlak göstərməyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti