Separatçılar təlaşa düşdülər - "Sərsəng" 8 metr quruyub

   Separatçılar təlaşa düşdülər    - "Sərsəng" 8 metr quruyub
  17 Mart 2023    Oxunub:1022
"Sərsəng" su anbarında suyun səviyyəsi hər gün 50 santimetr azalır. AzVision.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Saytlar Xankəndidəki qondarma rejimə, "Su Komitəsi"nin sədri vəzifəsini icra edən Ararat Xaçatryana istinad ediblər. Seaparatçı qeyd edib ki, hazırda rejim yeganə elektrik enerjisi mənbəyi kimi "Sərsəng" su anbarından yararlanır. Keçən ilin eyni dövrü ilə müqayisədə isə su 8 metrdən çox aşağı düşüb. Bundan başqa, anbardakı su qıtlığı enerji probleminə də yol açır.

O iddia edib ki, Laçın dəhlizində nəqliyyatın hərəkətində məhdudiyyətlər başlamamışdan əvvəl, xüsusən qışda Ermənistandan elektrik enerjisi az gələndə separatçılar "Sərsəng" su anbarından aktiv şəkildə istifadə ediblər. Həmçinin qondarma məmur gileylənib ki, müharibədən sonra rejimin ixtiyarında çox az miqdarda elektrik enerjisi istehsal edən 5 kiçik su elektrik stansiyası qalıb ki, onlar da öz gücünün 20 faizi ilə işləyir.

Qeyd edək ki,30 illik işğal dövründə ermənilər "Sərsəng" Su Anbarından Azərbaycana qarşı ekoloji və humanitar terror obyekti kimi istifadə ediblər.

Tural Tağıyev
AzVision.az



Teqlər: Sərsəng   Separatçı  





Xəbər lenti