Paşinyan ailəsinin çətirtutanı tənqidlərə səbəb oldu

  Paşinyan ailəsinin çətirtutanı tənqidlərə səbəb oldu
  17 Mart 2023    Oxunub:1334
Ermənistanın baş naziri Nikol Paşinyanın ailəsi növbəti dəfə yerli medianın hədəfinə tuş gəlib. AzVision.az xəbər verir ki, baş nazirin qızının çətir tutmayaraq şahzadələr kimi gəzməsi sosial şəbəkələrin erməni seqmentində tənqidlə qarşılanıb.
Məsələ burasındadır ki, Paşinyan hakimiyyətə gələndə demokratik dəyərlərə, məmur sadəliyinə önəm verəcəyini bəyan etmişdi. İndi ermənilər az qala Paşinyanın evində itə-pişiyə də ayrıca baxıcı tutulmasından gileylənir, diktatorlara xas xüsusiyyətlərin baş qaldırmasını tənqid edirlər. Siyasətçi Edqar Kazaryan da bu fotonu paylaşaraq yazıb ki, “Biz bax belə bir ölkədə yaşayırıq”. Digər şərh yazanlar mühafizə işlərinin normal olduğunu desələr də çətirdaşıyanların peyda olmasını uşaqların adi çətiri özləri tutmamasını pisləyiblər.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti