Slovakiya Ukraynaya 13 MiQ-29 qırıcısı verəcək

Slovakiya Ukraynaya    13 MiQ-29 qırıcısı    verəcək
  17 Mart 2023    Oxunub:824
Slovakiya hökuməti MiQ-29 qırıcılarının Ukraynaya təhvil verilməsini təsdiqləyib.
AzVision.az xəbər verir ki, bu barədə Slovakiyanın baş naziri Eduard Heger məlumat yayıb.

“Hökumət qərar qəbul edib və yekdilliklə Ukraynaya MiQ-29 qırıcıları, “Kup” hava hücumundan müdafiə sistemlərinin bağışlanmasına dair beynəlxalq müqaviləni təsdiqləyib”, - siyasətçi Twitter-də yazıb.

O, Ukraynanın 13 MiQ-29 alacağını bildirib.

Bundan əvvəl Polşa prezidenti Anjey Duda bildirmişdi ki, ölkəsi yaxın günlərdə Ukraynaya dörd MiQ-29 qırıcısını vermək niyyətindədir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   Qırıcı   Slovakiya  





Xəbər lenti