"Müddəti sabah (martın 18-də) başa çatacaq müqavilənin daha da uzadılmaması ehtimalı varmı?" sualına cavab verən Vellucci, "Bu danışıqların nəticəsi və müqavilənin uzadılması ilə bağlı sabah nə olacağı barədə spekulyasiya etməyəcəyik" deyə cavab verib. O bildirib ki, müqavilənin bütövlüyü və davamlılığını təmin etmək üçün əllərindən gələni edəcəklər: "Bu mövzuda deyə biləcəyim tək şey budur".
Vellucci xatırladıb ki, hamı üçün açıq olan və hər kəsin oxuya biləcəyi müqavilənin (Taxıl Dəhlizi Sazişi) 120 gün müddətinə uzadılması nəzərdə tutulur.
AzVision.az
Teqlər: