Pakistan məhkəməsi İmran Xanın həbsi ilə bağlı orderi ləğv edib
![Pakistan məhkəməsi İmran Xanın həbsi ilə bağlı orderi ləğv edib Pakistan məhkəməsi İmran Xanın həbsi ilə bağlı orderi ləğv edib](https://azvision.az/photos/2023/03/imran-1679161643.jpg)
Hakim tərəflərə müzakirələrin növbəti iclasda davam edəcəyini bildirib, həmçinin Xanın məhkəmədə iştirakını təmin etməyi tapşırıb.
Qərar polisin məhkəmə binası qarşısında sabiq baş nazirin tərəfdarları ilə toqquşmasından sonra qəbul olunub. Eyni zamanda, İmran Xan davam edən qarşıdurmalar səbəbindən avtomobilini tərk edə bilməsə də, onun məhkəməyə gəlməsi rəsmi olaraq qeydə alınıb.
İmran Xan hazırda Lahordakı iqamətgahına qayıdır.
Sabiq baş nazir hakimiyyətdə olduğu dövrlərdə xarici dövlət başçılarından aldığı bahalı hədiyyələri satmaqda ittiham olunur.
AzVision.az