"Putin və Si Cinpinq arasında danışıqlar dünyanı dəyişə bilər" - KİV
Qəzetin redaktorları hesab edirlər ki, Rusiya və Çin başçıları arasında görüş beynəlxalq vəziyyətə “çevirici təsir” göstərəcək. Məqalədə vurğulandığı kimi, Putin və Si Cinpin Ukrayna məsələsində Rusiyanın maraqlarına əsaslanan sülh planını müzakirə edəcəklər.
Müəlliflər hesab edirlər ki, Qərb ölkələrinin sakinləri bu danışıqları gözləyirlər, çünki onların bir çoxu hərbi əməliyyatların tezliklə başa çatmasında maraqlıdır.
Qeyd edək ki, Çin lideri Si Cinpin martın 20-22-də Rusiyada rəsmi səfərdə olacaq.
AzVision.az
Teqlər: